Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili və təlimi sahəsində Estoniya təcrübəsi öyrənilir.

14.02.2020

         Peşə Təhsili üzrə Dövlət Agentliyi, UNDP əməkdaşları və Cəlilabad Peşə Təhsil Mərkəzinin  mühəndis pedoqoji heyətindən ibarət nümayəndə heyətinin  Estoniya Respublikasına səfəri baş tutub.

           Səfərin əsas məqsədi Estoniya Respublikasında peşə təhsili elementlərinin tətbiqi və ölkənin peşə təhsili sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi ilə bağlıdır.

         İlkin olaraq nümayəndə heyəti  İnnove Fondu, Estoniyanın  Ali və Peşə Təhsili üzrə  Keyfiyyət Agentliyinə  səfəri olmuşdur. Ölkənin peşə təhsil sistemi  və son illər ərzində Estoniya Respublikasının peşə təhsil sistemində olan dəyişikliklər, yeniliklərlə tanış olublar.

         Səfər müddətində  Virumaa Peşə Təhsil Mərkəzinə və Tallin Xidmət Məktəbinə təşkil olunmuş ekskursiya zamanı  nümayəndə heyəti Tikinti, Mebel, Qaynaq, Xidmət və digər istiqamətlər üzrə tədris prosesi ilə yaxından tanış olub, daha sonra Mərkəzlərin  idarə heyəti ilə qarşılıqlı görüş zamanı keyfiyyyətin təmin olunması prosesi və eyni zamanda müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq imkanları müzakirə edilib.

       Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının icra etdiyi  “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

1 / 14