Peşə Təhsili üzrə Dövlət Agentliyi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışmaq istəyən müəllimlərin işə qəbul prosesi həyata keçirilir.

05.02.2020

             Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışmaq istəyən müəllimlərin işə qəbul prosesi həyata keçirilir. Aşağıdakı ixtisaslar üzrə təşkil edilən işə qəbul prosesi 28 fevral 2020-ci il tarixinədək davam edəcəkdir.

  • İnformasiya kommunikasiya texnologiyaları
  • Avtomatlaşdırma
  • Tikinti
  • Mexanika
  • Elektronika
  • Elektrotexnika
  • Sənaye quraşdırma
  • Avtomobil

             Qeyd olunan ixtisaslar üzrə müəllim və ya müəllim köməkçisi çalışmaq istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsil,
  • Sənaye təcrübəsi,
  • Azərbaycan, rus və ingilis dili bilikləri,

             Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcəkdir.

             Maraqlananlar, CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini Mövzu hissəsində qeyd etməklə, recruiting.bsii@vet.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

             Ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.

1 / 14