Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Lənkəranda “Peşəkar” Biznes Klub fəaliyyətini genişləndirir

03.02.2020

2019-cu ilin sonlarında Lənkəranda təsis olunan Peşəkar Biznes Klubu növbəti tədbirini Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə keçirib.

Klubun yaradılmasında əsas məqsəd regionda yaşayan gənclərin sahibkarlıq və innovativ sahibkarlığa cəlb olunması üçün maaarifləndirmə işləri aparmaq, gənclərin sahibkarlıq mövzusunda ehtiyaclarını öyrənmək, bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qurumların qeyri-formal ünsiyyətini formalaşdırmaq və ölkəmizdə gedən iqtisadi islahatlara dəstək verməkdir.Ötən həftə Biznes Klubun növbəti tədbiri baş tutub. Təsisçilərindən olan Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov tədbiri açaraq əsas məqsəd və prioritet istiqamətlərdən bəhs edib.Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov gənclərin sahibkalıqla bağlı görə biləcəkləri işlər, innovativ biznes, start-up layihələr, biznes planlar haqqında danışıb.

Tədbir diskusiya şəklində gənc sahibkarların müzakirəsi ilə davam edib. Müzakirələrin əsas mövzusu yeni bizneslərin dəstəklənməsi, regionun turizm və kənd təsərrüfatı potensialı, layihələrin maliyyələşməsi olub.

Klub Lənkəran Peşə Liseyi, Barama İnnovasiya Mərkəzi, KOB Dostu Lənkəran və Masallı rayon nümayəndəlikləri, Rabitəbank, Yelo Bank, Unibank, Gənclərin Peşəkar İnkişaf Mərkəzi və digər müəssisələr ilə əməkdaşlıq edir.

Tədbirin sonunda qonaqlar iştirakçı müəssisələrin və sahibkarların stendləri ilə tanış olublar.

1 / 14