Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələri üzrə qatılan namizədlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb

13.01.2020

               24-28 dekabr tarixlərində psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi baş tutub.  Peşə təhsili müəssisələri üzrə 58 namizəd sözügedən diaqnostik qiymətləndirilmədə iştirak edib.

               Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilib. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

               Ümumilikdə peşə təhsili müəssisələri üzrə ən yüksək nəticəni 14 nömrəli Bakı Peşə Liseyinin və Xaçmaz Peşə Liseyinin psixoloqları əldə edib.

1 / 14