Peşə Təhsili üzrə Dövlət Agentliyi

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin gənc peşəkarını Siz də tanıyın

30.12.2019

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramları tərəfindən icra edilən "Lənkəran İqtisadi Rayonunda Nümunəvi Peşə Təhsili Mərkəzinin yaradılması" layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin modernləşdirilməsi prosesi ugurla davam etməkdədir.

Layihə çərçivəsində seçilmiş istiqamətlərdən biri olan mebel sənayesi hazırda regionda xüsusi maraq doğuran sahələrdə biridir. Yeni avadanlıqlarla və müvafiq təhsil kurikulumları ilə təchiz edilmiş Mərkəz, həmçinin mövcud müəllim heyətinin təlimləndirilməsinə də xüsusi diqqət ayırır. Hazırda Mərkəzdə fəaliyyət göstərən gənc istehsalat təlimi ustası – Nicat İbrahimov sözügedən peşənin sirlərini tələbələri ilə bölüşməkdən böyük zövq aldığını bildirib. Adıçəkilən istiqamət üzrə həyata keçirilən dərs prosesi və maddi-texniki baza üzrə məlumatlar videoda yer almışdır.

Peşə təhsil müəssisəsinin gənc istehsalat təlimi ustası

1 / 14