“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

11 dekabr 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) layihəsinin İdarəetmə Komitəsinin 4-cü görüşü keçirilib.

13.12.2019

                11 dekabr 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) layihəsinin İdarəetmə Komitəsinin 4-cü görüşü keçirilib.

                Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Xidməti, Avropa İttifaqı və EDVET  layihəsinin nümayəndələri iştirak edib. 

                Görüş iştirakçılarına layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib. Daha sonra həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin istiqamətləri müzakirə olunaraq iştirakçıların rəy və təklifləri toplanılıb.

                Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın “dual peşə təhsili və təlimi” yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

1 / 14