Peşə Təhsili üzrə Dövlət Agentliyi

Turizm sammitində “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzusunda müzakirələr aparılıb

29.11.2019

          29 noyabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” öz işinə başlayıb.

                Sammitə bir sıra dövlət orqanlarının nümayəndələri, turizm sahəsinin təmsilçiləri, ölkəmizə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 1500-dən çox iştirakçı qatılıb.

              Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğat məsələlərini müzakirə etmək məqsədilə keçirilən sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunub.

             Sammit çərçivəsində “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilin Azərbaycanda turizm sənayesinə faydası” mövzusunda panel müzakirəsində çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov turizm sahəsində fəaliyyət göstərən işəgötürənlərin peşə təhsilinə cəlb edilməsi, mövcud kurikumların əmək bazarının tələblərinə uyğunluğu, təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verməsi və mühəndis-pedaqoji heyətinin təlimləndirilməsi barədə sualları cavablandırıb.

                Sessiya zamanı turizm statistikası, tədqiqat, habelə peşə təhsil sahələrinin turizm sənayesinin inkişafına təsiri barədə geniş müzakirələr aparılıb.

1 / 14