Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqının "TƏHSILƏ DƏSTƏK PROQRAMI"nın icrasına dair seminar keçirilib

28.11.2019

           28- 29 noyabr 2019-cu il tarixlərində Azərbaycanda təhsil və təlimlə bağlı inkişaf prosesləri- Avropa İttifaqının "TƏHSILƏ DƏSTƏK PROQRAMI"nın icrası, o cümlədən "Turin prosesi 2018-2020"nin nəticələrinin təqdim olunması və  təcrübələrin paylanmasına dair seminarın keçirilməsi nəzərdə tutulub.

             2019-cu il üzrə seminarın keçirilməsində əsas məqsəd PTT-nin dəyərini təbliğ etmək, qrantların təmini və gələcək tədbirlərlə bağlı ortaya çıxan ümumi çətinliklərin müzakirəsidir.

           Tədbirdə Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və digər dövlət müəssisələri, PTT məktəbləri, fəaliyyət qrantlarını təmin edən qurumlar, donorlar, Avropa İttifaqının nümayəndəliyi və ETF nümayəndələri iştirak ediblər.

         Seminarda "Turin Prosesi 2018-2020"nin nəticələri müzakirə olunub. Həmçinin, milli hesabatlar və ETF-nin qiymətləndirmə barədə hesabatlarının təqdimatı ilə yanaşı, prosesin nəticələrini təqdim və müzakirə etmək, tövsiyələr əsasında görüləcək tədbirləri müəyyən etmək,  Azərbaycanda PTT sektoruna Avropa İttifaqının cari və gələcək yardımlarının ayrılması seminarın prioritet mövzularından olub.

    Görüşdə Təhsil Nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.

            Avropa İttifaqının  2014-cü il üzrə İllik Fəaliyyət Proqramında Azərbaycanın təhsil və təlim sektorunun inkişafına dəstək məqsədilə maliyyə yardımı ayrılıb. Yardım çərçivəsində PTT sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsi, o cümlədən çoxfunksiyalı təlim mərkəzlərinin müasirləşdirilməsi üçün qrant mexanizminin yaradılması və həyata keçirilməsinə köməklik göstərilməsi nəzərdən tutulub.

1 / 14