Azərbaycanda peşə təhsilinin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, hazırlanan kadrların rəqabətədavamlılığı üçün peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət Türkiyədə təlimlərə cəlb edilib.
Qonşu ölkənin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə keçirilən təlimlər Azərbaycan və Türkiyə Təhsil nazirlikləri arasında əldə edilən razılaşmaya əsasən reallaşdırılıb.
Nümayəndə heyətinin Türkiyədə olduğu müddətdə əməkdaşlığın davamı olaraq, İzmirdə fəaliyyət göstərən, ixtisaslaşmış 5 peşə liseyi ilə qardaş məktəb layihələrinin imzalanması həyata keçirilib. Qarşılıqlı əməkdaşlığı nəzərdə tutan bu layihələr aşağıdakı təhsil müəssisələri arasında baş tutub:
Sözügedən qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsi, peşə təhsili sahəsində iş birliyi və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Layihədə, həmçinin birgə təhsil proqramlarının hazırlanması və tətbiqi imkanları, müəllim və tələbə mübadiləsi, tədris materiallarının istifadəsi də nəzərdə tutulub.