Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb
Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib
Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib

Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.

15.11.2019

              Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.
              Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təşkil olunub.
              Hazırkı təlimlər liderlik, dərzi, dizayn, elektrik, mebel, avtomobil, turizm və qida istiqamətləri üzrə həyata keçirilir.Azərbaycan Respublikasının                                Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə birinci katibi xanım Nəcibə Nəsibova təlimlərə qoshularaq peşə təhsili müəssisələrinin nümayəndələri görüşmüş, ümumi vəziyyətlə tanış olub.
              İzmir şəhərində keçirilən liderlik təlimləri zamanı bir neçə peşə liseylərinə səfərlər təşkil olunub, onların maddi-texniki bazası, tədris olunan ixtisaslar haqqında məlumatlar əldə edilib. Həmçinin liderlik, strateji planın hazırlanması, işəgötürənlərlə əməkdaşlıq və büdcədənkənar gəlirlərin idarə olunması ilə bağlı təlimlər keçirilib  
              Sözügedən təlimlər zamanı incəsənətlə bağlı nümayəndə heyəti TRT kanalına səfər edib, iş prosesi və dekor işləri ilə yaxından tanış olublar.
              Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi nəzərdə tutulub.

1 / 14