Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir.

01.11.2019

                Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.

                Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.

                Təlim zamanı mühəndis-pedaqoji heyət İnönü Mesleki və Teniki Anadolu lisesi, Çinarlı Mesleki və Teknik Anadolu lisesi, Ege Universiteti Ödemiş Yüksek Okulunda təlim səfərlərində olublar.

                Avtomobil qrupu üzrə təlim keçən heyət dizel mühərriki, gəmi və avtomobilin hərəkət sistemlərinin müayinəsi emalatxanalarına səfər ediblər.

                Mebel sahəsi üzrə təlim iştirakçıları emalatxanalarda müxtəlif əl alətləri və dizayn proqramları ilə, elektrik istiqaməti üzrə müəllimlər isə autocad proqramlarında elektrik dövrələrin çəkilməsi, siqnalizasiya sistemi və təhlükəsizlik kameralarının iş prinsipi ilə tanış olublar.

                Kənd təsərrüfatı üzrə müxtəlif bitikiçilik laboratoriyalarına, arıçılıq sahələrinə, quşçuluq və heyvandarlıq fermalarına səfərlər təşkil olunub. 

                İncəsənət üzrə səfərdə olan müəllim və ustalar müxtəlif studiolarda foto texnikaları, video qurğular, tədbirlərin təşkili, radio və televiziya yayımı ilə bağlı maraqlı təcrübələr əldə ediblər.

                Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.

                Təlimlərin 15 müxtəlif istiqamət üzrə, İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub.

 

1 / 14