Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrinin mühəndis- pedaqoji heyəti İKT bilik və bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimlərinə cəlb olunub.

01.11.2019

               Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi respublikanın müxtəlif regionlarını əhatə edən təlimlər həyata keçirməyi nəzərdə tutub.

               Təlimlərin keçirilməsinin əsas məqsədi mühəndis-pedaqoji heyətin onlayn kommunikasiya, sərbəst öyrənmə portalı (edX platforması) və İKT üzrə bilik və bacarıqlarının artırılmasıdır.

               Təlimə peşə təhsili müəssisələrindən 474 nəfər mühəndis-pedaqoji heyətin cəlb olunması nəzərdə tutulub.

               Bakı ,Sumqayıt və Abşeron– Ceyranbatan regionlarında fəaliyyət göstərən 14 peşə təhsili mərkəzində keçirilən təlimlərin 2 həftə davam edəcəyi nəzərdə tutulub. Növbəti mərhələnin respublikanın müxtəlif regionlarında keçirilməsi planlaşdırılıb.

1 / 14