Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə hazırlanan kurikuluma dair 6 modulunun təlim tədris vəsaitinin təqdimatı keçirilib

21.09.2019

            20 sentyabr 2019-cu il tarixində Peşə təhsili üzrə Dövlət Agentliyinin, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin, eləcə də Almaniya Federativ Respublikasının Azərbaycan və Gürcüstan səfirliklərinin nümayəndələrindən ibarət heyətin iştirakı ilə “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı”nın fəaliyyət göstərdiyi bölgələrdən olan Qubaya səfər təşkil olunub.

            Tədbirin təşkilinin əsas məqsədi hazırlanan “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə dərs deyəcək mühəndis-pedaqoji heyətlə görüşün keçirilməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olub.

            Səfər zamanı layihə çərçivəsində hazırlanan “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə hazırlanan kurikuluma dair 6 modulunun təlim tədris vəsaitinin təqdimatı keçirilib, həmçinin Quba Peşə Liseyinin rəhbərliyi, müəllim və usta heyəti ilə görüş təşkil olunub, mövcud infrastruktur nəzərdən keçirilib.

            Görüşün sonunda layihənin dəstəyi ilə hazırlanan və çap olunan tədris vəsaitləri liseyə təqdim edilib.  

1 / 14