Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsi yekunlaşıb
Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib
Dual Təhsil Proqramının əhatə dairəsi genişləndirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul imtahanının keçirildiyi Azərbaycan Texniki Universitetinə infotur təşkil edilib

British Council-ın Azərbaycandakı ofisi Birləşmiş Krallıq təcrübəsini peşə təhsili sisteminə gətirməkdə davam edir.

14.09.2019

              13 sentyabr tarixində British Council-ın Azərbaycandakı ofisi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə təhsil alan tələbələrin məşğulluq imkanlarının artırılması mövzusunda konfrans təşkil edib. Konfrans “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”nın (AHA) tərkib hissəsi olaraq həyata keçirilib.        

              Sözügedən tədbirin məqsədi dövlət və özəl sektor tərəfdaşlığı üçün dayanıqlı mexanizmlərin inkişaf etdirilməsi və bilik mübadiləsi ilə bağlı müştərək müzakirələrin aparılması üçün şərait yaratmaq məqsədilə peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələrini bir araya gətirməkdən ibarət olub. Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında uğurlu və dayanıqlı tərəfdaşlığın qurulması 2016-cı ildən etibarən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”nın məqsədləri sırasında yer alıb.

              Bütün dünyada peşə təhsili müəssisələrinin qarşısında duran əsas məsələ peşə təhsili  müəssisələrindən məzun olan tələbələrin iş yeri və təcrübə imkanları tapa bilməsinin təmin edilməsindən ibarətdir. Özəl sektor subyektləri isə öz növbəsində təklif edilən məşğulluq imkanları üçün yaxşı hazırlığa malik olan yeni işçilər axtarışındadır. Peşə təhsili müəssisələri və bizneslər arasında tərəfdaşlıq işəgötürənlər, tələbələr və təhsil müəssisələrini bir araya gətirən "imkanlar körpüsü"nü qurmağa kömək edə bilər. Proqram perspektiv işəgötürənlərin yerli peşə təhsili müəssisələrində tədris prosesinin strukturuna da töhfə verməsinə yardım edir.

              Adıçəkilən təşkilat proqram çərçivəsində 9-12 sentyabr 2019-cu il tarixlərində peşə təhsili müəssisələrində çalışan 20 seçilmiş müəllim və 20 rəhbər vəzifə tutan heyətə kadr potensialının artırılmasına yönəlmiş dörd günlük təlim sessiyasını təşkil edib. Qonaqpərvərlik və dayanıqlı dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi mövzusuna həsr edilmiş sessiya Birləşmiş Krallığın “People 1st” şirkətinin baş təlimçisi Ceyn Norman tərəfindən aparılıb.

1 / 14