Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir

Peşə təhsili müəssisələrinin bir sıra pilot ixtisasları üzrə yay proqramları davam edir

26.08.2019

              Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyinin pilot ixtisaslarının I kurs tələbələri yay təcrübə proqramlarını davam etməkdədirlər.

              15-19 avqust tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Heyvandarlıq mütəxəssisi” qrupunun tələbələri “AZZA Agro” MMC və “Gilan Dairy Farms” MMC-yə məxsus təsərrüfat sahəsində təcrübə keçib silos hazırlanmasına dair müxtəlif texnologiyalarla tanışlıq həyata keçirilib.

              19-30 avqust tarixlərində “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisası tələbələri “Gilan Dairy Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC, “Şamlı” Aqroservis Müəssisəsi, “Gilan Vegetables” MMC, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin "Aqroservis mütəxəssisi” və “Üzüm və şərab ustası” ixtisası tələbələri İsmayıllı Rayon Nikitin adına İvanovka Kolxozunda və İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) müəssisəsində təcrübə keçməkdədirlər

              Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarədir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedoqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir,  istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər.

              Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndərlərinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə təqviminə əsasən həyata keçirilir. Ənənəvi təlim yanaşmasından fərqli olaraq “Duala bənzər PTT konsepti”ndə tələbələrin praktiki bacarıqlara daha effektiv yiyələnməsi məqsədilə təcrübə saatlarının müəssisədə iş prosesi gedən zaman həyata keçirilməsi nəzərdə tutulur.

            Hazırda həyata keçirilməkdə olan ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən birgə maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdan ibarətdir.

1 / 14