Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı statistika

07.08.2019

          Peşə təhsili müəssisələrinə sənəd qəbulu avqust ayının 5-dən etibarən açıq elan edilib. Üçüncü günün statistik məlumatlarına əsasən 3311-dən artıq vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər arasında ən çox üstünlük verilən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, aqroservis mütəxəssisi və turizm təşkilatçısı ixtisaslarıdır.

          Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Sənəd qəbulu ASAN xidmət mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

           Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

          Qeyd edək ki, sənəd qəbulu prosesinin avqust ayının 20-dək davam etməsi və nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.

1 / 14