Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib

02.08.2019

                 2 avqust tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

                 Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə geniş mətbuat nümayəndələrinə məlumat verib. Sözügedən mətbuat konfransı zamanı həmçinin peşə təhsilində mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslara toxunub.

                 Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev peşə təhsil müəssisələrinə sənəd qəbul prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb.

                  Tədbirdə sənəd qəbulu zamanı əhalinin rahatlığı, şəffaflığın təmin olunması ilə yanaşı, obyektiv qəbul prosesinin təşkilinə xidmət göstərilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

                 Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

                 Qeyd edək ki, ötən illərdə olduğu kimi bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir. 

                 Peşə təhsili müəssisələrinə ərizə qəbulun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsil müəssisələrində sənəd qəbulu ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. 

1 / 14