Peşə Təhsili üzrə Dövlət Agentliyi

25 may 2019-cu il tarixində Çin Xalq Respublikasında keçirilən peşə müsabiqəsinə start verilib

04.06.2019

            25 may tarixində Çin Xalq Respublikasının Çonçin şəhərində “Bir Kəmər Bir Yol” layihəsi çərçivəsində “Birgə inkişaf və peşə bacarığı üzrə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq peşə müsabiqəsinə start verilib. 7 gün davam edən “Worldskills” beynəlxalq təşkilatının üzvlərini və “Bir kəmər bir yol” layihəsinin əhatə etdiyi ölkələrin iştirakçılarını özündə cəmləyən müsabiqə “WorldSkills International” təşkilatının standartlarına uyğun təşkil edilib.

            “Aşpaz” və “Bərbər” istiqamətləri üzrə keçirilən yarışlara qatılan tələbə və mütəxəssislər öz məharətlərini göstərib. Ölkəmizi yarışmada Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Bərbər-vizajist-manikürçü” ixtisası üzrə təhsil alan tələbəsi Fatimə Qurbanova və İctimai iaşə və xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Aşpaz" ixtisası üzrə təhsil alan tələbəsi Naim İsgəndərov təmsil edib.

            Qeyd edək ki, Azərbaycan 18 ixtisas istiqamətini əhatə edən bu geniş miqyaslı müsabiqədə ilk dəfə iştirak edib

1 / 14