Peşə Təhsili üzrə Dövlət Agentliyi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Müəssisə daxili təlimçilərin hazırlanması” modulu üzrə təlimlər keçirilib.

04.06.2019

             30 may 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Müəssisə daxili təlimçilərin hazırlanması” modulu üzrə “Təlimçilərin Təlimi”ndə iştirak etmiş yerli təlimçilər tərəfindən təlim keçirilib. Tədbir mərkəzin əməkdaşlıq etdiyi işəgötürənlərin təlimçiləri, eləcə də pilot ixtisasların istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. Təlimdə Azərbaycanda iş əsaslı təlimlə bağlı hüquqi baza, iş yerində səriştə əsaslı öyrənmə, iş yerində təlimin planlaşdırılması, iş əsaslı təlimin keçirilmə metodları ve təlim nəticələrinin qiymətləndirilməsi mövzusunda təqdimatlar edilib, qrup müzakirələri və qarşılıqlı fikir mübadiləsi aparılıb. Təlimin məqsədi duala bənzər peşə təhsili və təlimi konseptinə əsasən həyata keçirilən istehsalat təcrübəsinin effektiv təşkili üçün lazımi bilik və yanaşmalar barədə müəssisə daxili təlimçiləri, eləcə də istehsalat təlimi ustalarını  təlimatlandırmaqdır.

             Hazırlanan modullar gələcəkdə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili sektorunda çalışan heyətin təlimləndirilməsində istifadə olunacaqdır.

             Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə həyata keçirilib.

1 / 14