Peşə Təhsili üzrə Dövlət Agentliyi

2 peşə təhsil müəssisəsinin nümayəndələri “NORM” MMC-də istehsalat təcrübəsini uğurla başa vurub.

03.06.2019

              Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “NORM” MMC arasında 2017-ci ildə bağlanılmış “Anlaşma Memorandumu”na əsasən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları və istehsalat təlim ustaları istehsalat təcrübəsini “NORM” MMC-nin sement zavodunda həyata keçirməsi nəzərdə tutulub.

              Qeyd edək ki, 31 may tarixində islehsalat təcrübəsini uğurla başa vuran adıçəkilən peşə təhsili müəssisələrinin 23 şagirdi və 2 istehsalat təlimi ustası “NORM” MMC tərəfindən sertifikatlarla təltif olunub.

              Tədbir zamanı “NORM” MMC-nin baş icraçı direktoru cənab Henning Sasse istehsalat təcrübəsini uğurla başa vuran tələbələri təbrik edib və birgə əməkdaşlıq çərçivəsində artıq iki ildir davam edən layihənin uzunmüddətli olacağına ümid etdiyini bildirib.

              Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin və həmçinin adıçəkilən peşə təhsili müəssisələrinin nümayəndələri istehsalat təcrübəsinin təşkili və uğurla həyata keçirilməsinə görə “NORM” MMC-yə təşəkkürünü bildirərək,  biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini və bu prosesin daha da sıx əlaqələndirilməsinin önəmini vurğulayıblar.

1 / 14