Peşə Təhsili üzrə Dövlət Agentliyi

İsmayıllı Peşə Tədris Mərkəzinin “Yerli bələdçi” ixtisas qrupu Şahdağ Milli Parkına səfər edib.

22.05.2019

           17 may tarixində İsmayıllı Peşə Tədris Mərkəzinin “Yerli bələdçi” ixtisas qrupunun tələbə və müəllim heyətinin Şahdağ Milli Parkına səfəri təşkil olunub.

           Milli Park tərəfindən cəlb olunmuş 2 nəfər elmi işçisinin müşayiəti ilə iştirakçılar bələdçilik peşəsinin xüsusiyyətləri, tələb olunan səriştələr, eləcə də Şahdağ Milli Parkı haqqında ətraflı məlumat əldə edib.

           Həmçinin, ekskursiya çərçivəsində tələbələr Talıstan kəndi ərazisində yerləşən Cavanşir qalasına yürüş etmək imkanı əldə olunub.

           Ekskursiya Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırılıb.

1 / 14