Peşə Təhsili üzrə Dövlət Agentliyi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ekoturda iştirak ediblər.

20.05.2019

               Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm Agenti” ixtisası üzrə təhsil alan tələbələri "Mountain Host Azerbaijan"-ın təşkil etdiyi ekoturda iştirak edərək ixtisasları üzrə praktiki təcrübə toplayıb.

               Ekotura qoşulan 3 tələbə, peşəkar bələdçinin müşaiyəti ilə 20-dən artıq yerli və xarici vətəndaşlardan ibarət turist qrupuna bələdçilik edib. Ekoturun marşrutu Damiraparançayının sahili boyu Laza kəndinə, Mucuq şəlaləsinə və geriyə düşərgəyə kimi olan ərazini əhatə edib.

               Qeyd edək ki, ekoturizm bölgələrə turist axınının miqyasının artırılması və iqtisadi inkişafa səbəb olmaqla yanaşı bölgələrin imicinin formalaşdırılması, canlı informasiya yayımı vasitəsi kimi maddi-mədəni dəyərlərin təbliğində danılmaz rol oynayır.

              “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsinin hədəflərindən biri Bakı şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə regionlarda yerləşən peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulmasına dəstəkdən ibarətdir. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilməkdədir.

1 / 14