Peşə Təhsili üzrə Dövlət Agentliyi

6-14 may tarixlərində İsmayıllı Peşə Tədris Mərkəzində təlimlər keçirilib.

16.05.2019

              İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisas qrupu tələbələrinin “İsmayıllı Şərab-2” ASC-nin (Chabiant Winery) üzüm sahəsində 6-14 may tarixlərində istehsalat təlimləri həyata keçirilib. Təlimin cari mərhələsində tələbələr xarici və yerli mütəxəssislərin təlimatı və iştirakı ilə yaşıl budama, tənəklərin və torpağın mühafizəsi tədbirlərini həyata keçirib, eləcə də müəssisədə şərabın filtrasiyası və stabilizasiyası prosesi ilə tanış olublar. Həmçinin, İsmayıllı Peşə Tədris Mərkəzi və “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Mərkəzin tələbələrinin istehsalat təlimi keçməsi məqsədi ilə müəssisə tərəfindən üzüm sahəsinin ayrılmasına dair razılıq əldə olunub.

               İstehsalat təlimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırıb.

1 / 14