Peşə Təhsili üzrə Dövlət Agentliyi

29 aprel – 3 may tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlimlər keçirilib.

07.05.2019

                 29 aprel – 3 may tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində xarici ekspert tərəfindən pilot peşə məktəblərinin mühəndis-pedaqoji heyəti üçün “Traktorların tənzimlənməsi və istifadəsi” mövzusunda təlim keçirilib. 5 gün davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Nəzəri hissədə əhatə olunan məzmun təlim üçün gətirilmiş traktorun üzərində əyani olaraq iştirakçılara çatdırılıb. Sonra iştirakçılar təlim zamanı əldə etdikləri səriştələrə əsasən sərbəst şəkildə traktoru idarə ediblər.

                 Təlimdə Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin, İsmayıllı Peşə Tədris Mərkəzinin mühəndis-pedaqoji heyəti ilə yanaşı layihənin əhatə etdiyi regionlarda fəaliyyət göstərən 10 sahibkarlıq subyektlərinin mühəndis-texniki heyəti, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Regional Peşə Tədris Mərkəzinin müvafiq əməkdaşları iştirak edib.

                 Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə həyata keçirilib. Təlimlərin məqsədi pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etməklə, onların bilik və bacarıqlarını gücləndirməkdir.  Qeyd edək ki, təlimlər kənd təsərrüfatının fərqli istiqamətləri üzrə (aqroservis, heyvandarlıq və bitkiçilik) davam etdiriləcəkdir.

1 / 14