Peşə Təhsili üzrə Dövlət Agentliyi

Təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması istiqamətində İspaniya təcrübəsi öyrənilir

06.05.2019

             Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının yer aldığı nümayəndə heyətinin İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfəri baş tutub.

             Səfər təhsil sistemində dövlət özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq, mütərəqqi təcrübənin Azərbaycanda tətbiqi imkanlarını öyrənmək məqsədinə xidmət edib.

             Səfərin ilk günü Barselona şəhərində yerləşən İESE Biznes Məktəbinin Dövlət Özəl Tərəfdaşlıq Mərkəzi ilə,  həmçinin Kataloniya əyalətinin Təhsil, Tədqiqatlar, Maliyyə Nazirliklərinin rəhbərlikləri ilə görüşlər reallaşdırılıb. Görüşlər zamanı, muxtar əyalətin təhsil sistemi araşdırılıb, özəl sektorun müxtəlif təhsil pillələrindəki rolu, maliyyələşdirmə mexanizmləri, o cümlədən dual peşə təhsili istiqamətində həyata keçirilən layihə nəzərdən keçirilib. 4 gün davam edən təlim səfərində dövlət özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən məktəbəqədər, orta, peşə və ali təhsil müəssisələrində görüşlər baş tutub.

             Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsi ilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində həyata keçirilib.

1 / 14