Peşə Təhsili üzrə Dövlət Agentliyi

1-3 may 2019-cu il tarixlərində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təlimlər keçirilir.

01.05.2019

               3 gün davam edəcək təlimlərin əsas məqsədi Koreya təhsil standartları əsasında yaradılacaq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil               

               Mərkəzində 8 istiqamət – “İKT”, “Mexanika”, “Avtomobil”, “Avtomatika”, “Elektrik”, “Tikinti”, “Sənaye”, “Elektrotexnika” üzrə dərs deyəcək mütəxəssislərə səriştə əsaslı təlim anlayışı, yeni səriştə əsaslı kurikulumların strukturu, tətbiqi, nəzəriyyə və təcrübənin modullarda birləşməsi, tələbələrin qiymətləndirilməsi və s. haqqında məlumat verməkdir.

               Təlim müddətində iştirakçılar modul strukturlu kurikulumların və yeni təlim üsullarının tətbiqi, dərs planının hazırlanması, dərsin təşkili, tələbələrin qiymətləndirilməsi və s. haqqında öyrənəcəklər.

1 / 14