Peşə Təhsili üzrə Dövlət Agentliyi

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2 gün davam edən startap günləri başa çatmışdır.

22.04.2019

                Turizm  və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” və Azərbaycan İnternet Forumu tərəfindən 2 gün davam edən “Startap günləri” 20 aprel 2019-cu il tarixində başa çatmışdır. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “ASAN xidmət”in, Azərbaycan Beynəlxalq Bankının nümayəndələri və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirak etmişdir.

                 Tədbirin ilk günü gənc startapçılara mentor təlimi keçirilmiş, ikinci günü isə ekspertlər tərəfindən 5 startap komandasının hazırladığı layihələrin qiymətləndirilməsi baş tutmuşdur. Sonda qaliblərə müvafiq diplomlar, sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.

1 / 14