Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir
Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 5 avtomobil şirkəti ilə anlaşma memorandumu imzalayıb

22.04.2019

                 26 yanvar 2018-ci ildə təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilindən etibarən fəaliyyətə başlaması nəzərdə tutulur. Beynəlxalq təhsil standartlarına cavab verən mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyətli kadrlar hazırlamaqdır.

                 Mərkəzdə koreyalı ekspertlər tərəfindən hazırlanmış və milli təhsil sisteminə uyğunlaşdırılmış təhsil proqramları tətbiq olunacaqdır. Sözügedən proqramlarda səriştə əsaslı təlim və 60-70 faizi praktik məşğələlərə əsaslanan metodlara üstünlük verilmişdir. Qeyd edək ki, Koreya peşə təhsili modeli dünyada ən müasir təhsil standartlarına əsaslanan qabaqcıl örnəklərdən biri hesab olunur. Adıçəkilən ölkənin peşə təhsili müəssisələrinin tələbələri hər il keçirilən müsabiqələrdə ilk üçlükdə yer alırlar. Bu səbəbdən mərkəz üçün təhsil proqramları yaradılarkən məhz Koreya peşə təhsili modeli əsas götürülüb.

                 Ən müasir maddi-texniki baza ilə təchiz olunmuş mərkəzdə “İKT”, “Avtomobil”, “Mexanika”, “Sənayedə quraşdırma işləri”, “Elektronika”, “Elektrotexnika”, “Avtomatika” və “Tikinti” adlı 8 ixtisas üzrə 1 və 3 illik proqramların tədrisi nəzərdə tutulmuşdur.

                 Qeyd olunan təhsil proqramlarının əmək bazarının dinamik dəyişən tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə özəl sektor nümayəndələri ilə əməkdaşlıq qurulur və bu əməkdaşlığın tərkib hissəsi kimi tədris proqramlarına dair rəylərin əldə edilməsi nəzərdə tutulmuşdur.

                 Bu məqsədlə “Avtomobil” ixtisası üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Toyota”, “Subaru”, “Mitsubishi”, “Mazda” və “Honda” avtomobil şirkətləri ilə anlaşma memorandumu imzalayıb. Şirkətlər tərəfindən tədris proqramına dair rəylər verilmiş və sözügedən təhsil proqramının tətbiqi məqsədəuyğun hesab edilmişdir. Ümumilikdə qeyd olunan ixtisas çərçivəsində təhsil alacaq tələbələr avtomobilin ümumi ekspertizası, diaqnostikası, nasazlıqların təyin edilməsi və aradan qaldırılması, sınaqdan keçirmə və texniki xidmətin göstərilməsi üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnməsi nəzərdə tutulmuşdur.

1 / 14