Peşə Təhsili üzrə Dövlət Agentliyi

Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzində usta dərsləri keçirilib

15.04.2019

               Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtisaslarını tədris edən  istehsalat təlim ustaları üçün usta dərsləri keçirilib. Usta dərsləri Almaniyanın “MKN” şirkətinin MDB ölkələri üzrə ticarət nümayəndəsi Tatyana Pavlova və şirkətin aşpazı Pavel Dzyublo tərəfindən təşkil olunub.

               Daha sonra “Aşpaz” ixtisası üzrə təhsil alanlara və məzun olmuş gənc aşpazlara “Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar Gildiyası”nın üzvü İlkin Əkbərzadə, Beynəlxalq Kulinariya Assosiasiyası Azərbaycan filialının vitse-prezidenti aşpaz Anar  Qasımov və “MKN”-nin aşpazı Pavel Dzyublo tərəfindən Pan-Asiya mətbəxi üzrə usta dərsləri keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

               Usta dərslərində Mərkəzin tələbələri və gənc aşpazları, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri və digər qonaqlar da iştirak ediblər.

               Qeyd edək ki, dərslər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Almaniyanın “MKN” şirkəti, “Hazar İndustry Azərbaycan” (SR Chemical) şirkəti arasında imzalanan  əməkdaşlıq memorandumuna uyğun olaraq təşkil olunub.   

1 / 14