Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.

İstehsalat təlimlərinə start verilib

07.03.2019

                İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisaslı tələbələrinin “İsmayıllı Şərab-2” ASC-nin üzüm sahəsində istehsalat təlimi təşkil edilib.

                İstehsalat təlimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET)  layihəsi çərçivəsində həyata keçirilib.

                Təlim zamanı tələbələr ED VET layihəsi tərəfindən cəlb edilmiş xarici ekspertin təlimatı və müşaiyəti ilə üzüm tənəklərinin budanmasını həyata keçiriblər. Bundan başqa, tələbələr müəssisədə şərabın filtrasiyası, laborator nümunələrin götürülməsi, qablaşdırılması və s. proseslər ilə tanış olublar.

                Qeyd edək ki, İsmayıllı Peşə Tədris Mərkəzi və “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Mərkəzin tələbələrinin istehsalat təlimi keçməsi məqsədi ilə müəssisə tərəfindən üzüm sahəsinin ayrılmasına dair razılıq əldə olunub. Razılaşmaya uyğun olaraq, 2 hektar üzüm sahəsi Mərkəzin istifadəsinə verilib. Tələbələr üzüm sahəsində müəssisə tərəfindən təyin olunan mütəxəssisin təlimatlarına uyğun olaraq, bütün fəaliyyətləri özləri həyata keçirəcəklər.

1 / 14