Peşə Təhsili üzrə Dövlət Agentliyi

Oğuz Peşə Məktəbində işəgötürənlərlə görüş təşkil olunub

01.03.2019

                Oğuz Peşə Məktəbində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki Regional Nümayəndəliyinin Oğuz Regional Bölməsinin, eləcə də “Panorama”,  “LT”, “AFRA” hotellərinin nümayəndələri ilə görüş təşkil olunub.

                Tədbirin əsas məqsədi işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi, onların istehsalat təcrübəsinin təşkilində iştirakının təmin edilməsi, məzunların məşğulluğunun artırılmasına dəstək vermək olub.

                Görüş çərçivəsində işəgötürənlərin nümayəndələri peşə məktəbinin tədris prosesi və maddi-texniki bazası ilə tanış olub, həmçinin mühəndis-pedaqoji heyəti və tələbələri öz fəaliyyətləri, ixtisaslı kadrlara olan ehtiyacları barədə ətraflı məlumat veriblər.

                İşəgötürənlərin nümayəndələri peşə təhsili müəssisələri ilə mütəmadi görüşlərin təşkilini müsbət addım kimi qiymətləndirərək kənd təsərrüfatı, turizm, xidmət sektorları üzrə bacarıqların iş yerində öyrənilməsinin məzunların məşğulluğunun təmin edilməsində vacib rol oynadığını vurğulayıblar.

                Eyni zamanda, “Panorama”  və  “LT” hotelləri müvafiq peşələr ürzə kadr hazırlığına dair sifarişlərini təqdim ediblər.

                Görüşün sonunda “Aqrolizinq” ASC-nin Oğuz Regional Bölməsi, “Panorama”,  “LT”, “AFRA” hotelləri ilə əməkdaşlıq memorandumları və “AFRA” Hotel ilə istehsalat təcrübəsinin təşkili üzrə müqavilə imzalanıb.

1 / 14