Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Turin prosesi 2018-2020”nin açılış mərasimi

27.02.2019

              Fevralın 27-də Avropa Təlim Fondu (ATF) tərəfindən həyata keçirilən “Turin prosesi 2018-2020”nin açılış mərasimi keçirilib.

              Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa Təlim Fondunun və digər müvafiq qurumların əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, işəgötürənlər, eləcə də ekspertlər iştirak ediblər.

              Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, insan kapitalının formalaşması təhsil sisteminin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Nazir müavini peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, eləcə də iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu qeyd edib, bu sahədə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə geniş məlumat verib.

              İdris İsayev “Turin prosesi”nin vacibliyini vurğulayaraq, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Nazir müavini bildirib ki, ATF tərəfindən “Turin prosesi”nin yeni mərhələsinə başlanılıb. Prosesin əsas məqsədi peşə təhsili və təlimi sahəsində 2018-2020-ci illərdə əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini aparmaq, uğur və çatışmazlıqları müəyyənləşdirməkdir.

              Daha sonra ATF-in Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovska “Turin prosesi”nin yeni mərhələsi haqqında məlumat verərək peşə təhsili sahəsində aparılan islahatlarda bütün maraqlı tərəflərin iştirakının əhəmiyyətindən danışıb.

              Tədbir sessiyalar və “Turin prosesi”nin İşçi Qrupunun iclası ilə davam edib, yeni hesabatın hazırlanması üçün məsləhətləşmələr aparılıb.

1 / 14