“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

Avstriyada peşə təhsili və təlimi

30.01.2019

                  Avstriyada peşə təhsili və təlimi

                  Avstriyanın peşə təhsili və təlimi fərqli təkliflər və yüksək səviyyədə cəlbedicilik nümayiş etdirərək yüksək yer tutur.  Belə ki, hər yaş qrupunun təqribən 70%-i icbari təhsilin sonunda peşə təhsili və təlimini seçirlər. İcbari təhsilin sonuncu ili (9-cu il) ilə orta təhsilin yuxarı pilləsinin birinci ili üst-üstə düşür. Məktəb-əsaslı təlim eyni zamanda usta yanında şagirdlik kursu ilə (ikili təlim) müşayiət olunur. Bu kurslar demək olar ki, bütün iqtisadi sahələri əhatə edir və müxtəlif ixtisas səviyyələrinin (o cümlədən AKF-nin 4 və ya 5-ci səviyyələri) əldə olunması ilə nəticələnir. Məktəblərdə tədris olunan peşə təhsili və təlimi əsasən Təhsil Nazirliyinin tabeliyindədir. Şagirdlik proqramları İqtisadiyyat (şirkət-əsaslı) və Təhsil (məktəb-əsaslı) nazirlikləri, sosial tərəfdaşlar və Lдnder (federal ştatlar) tərəfindən birgə idarə olunur. Eyni zamanda, ali təhsil pilləsində və yaşlılar üçün müxtəlif peşə təhsili və təlimi proqramları mövcuddur.

                  Orta təhsilin yuxarı pilləsi (tam orta təhsil)

                 Ümumi təhsil proqramları ilə yanaşı, təhsilalanlar müxtəlif peşələr/sahələr üzrə ilk peşə təhsili və təlimi, peşə təhsili və təlimi proqramları üzrə variantlar seçə bilərlər:

  • ilk peşə təhsili və təliminin 1-2 illik müxtəlif növləri (PTS, ISCED 341; BMS, ISCED 351): təhsilalanlar ümumi təhsil, əsas səriştələr və onları gələcəkdə məktəb-əsaslı peşə təhsili və təliminə hazırlayacaq ilkin peşə bacarıqları, şagirdlik kursları və əmək bazarında sadə işlər əldə edirlər;
  • məktəb-əsaslı 3-4 illik peşə təhsili və təlimi (BMS, ISCED 354, AKÇ 4-cü səviyyə): təhsilalanlar ümumi təhsil səviyyələrini gücləndirirlər və ortasəviyyəli işləri yerinə yetirmək üçün müvafiq peşə səriştələri və ixtisaslar əldə edirlər. Əlavə proqramları başa vuranlar və ya Berufsreifeprьfung-dən (ilk peşə təhsili səviyyəsi avtomatik şəkildə ali təhsilə keçmək üçün uyğun olmayan şəxslər üçün imtahan) keçənlər də həmçinin, ali təhsil müssisələrinə ümumi çıxış imkanı əldə edirlər;
  • məktəb-əsaslı 5 illik peşə təhsili və təlimi (BHS, ISCED 354-554, AKÇ 5-ci səviyyə): bu proqramlar nəzəriyyə və təcrübəni bir araya gətirməklə təhsilalanların ümumi təhsil səviyyəsini gücləndirir və peşə ilə əlaqəli yüksəksəviyyəli təlimlər təklif edir. Bu proqramlar, həmçinin işgüzar sahədə rəhbər vəzifələr üçün ikiqat ixtisasların əldə olunmasına gətirib çıxarır və eyni zamanda ali təhsilə ümumi giriş imkanını təmin edir (Reife- und Diplomprьfung);
  • 15 yaşdan yuxarı təhsilalanlar üçün təxminən 200 peşə və ixtisas üzrə icbari təhsildən sonra usta yanında şagirdlik (ikili təlim) (ISCED 354, EQF 4): Şagirdlik kursları orta səviyyədə ixtisasların əldə olunması ilə nəticələnir. Məzunlar əlavə imtahanları verdikdən sonra məsələn, baş usta ixtisası əldə edə bilər və ya əlaqəli sahədə ali təhsil səviyyəsində təlimlərə çıxış imkanı qazana bilərlər. Berufsreifeprьfung imtahanını verməklə və ya əlavə proqramları bitirməklə məzunlar həmçinin, ali təhsilə ümumi çıxış imkanı əldə edə bilərlər;
  • səhiyyə sektoruna aid peşələr üzrə təlimlər: Səhiyyə sektorunda tibbi qulluq və tibbi yardımçı (ISCED 351 və 353) peşələri, həmçinin digər peşələr (ISCED 351) üzrə mütəxəssis hazırlayan proqramlara çıxış imkanı üçün tam icbari təhsil, minimum yaş həddi və/və ya xüsusi ixtisas tələb olunur. Tibbi mütəxəssis və ümumi tibb bacısı (ISCED 454) peşəsi üzrə təlimlərin bakalavr səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu proses 2023-cü ilədək başa çatdırılacaqdır.

                  Ali təhsil

                 Tətbiqi elmlər üzrə ali təhsil müəssisələrində (FH) müxtəlif sahələrdə təcrübəyönümlü bakalavr (AKÇ 6-cı səviyyə) və magistr proqramları (AKÇ 7-ci səviyyə) təmin edilir. Bu proqramlardan bəzilərinə iş yeri ilə məcburi təminat da daxildir. Onların əksəriyyəti məşğul əhali üçün əlçatandır və ya onların maraqları çərçivəsində xidmət göstərilir. Bəziləri isə müəssisələrdə nəzəriyyə və təcrübənin növbələşdiyi ikili prinsipə əsaslanırlar.

                 Ali təhsil müəssisələrində təhsil adətən peşəkar hazırlığa qədərki mərhələni əhatə edir. Belə ki, tibb, hüquq, mühəndislik/texnologiya kimi sahələrdə peşə təliminə güclü diqqət yetirilir. 

İbtidai və orta məktəb müəllimləri üçün ilkin təlim həm ali təhsil müəssisələri, həm də pedaqoji kolleclər tərəfindən aparılır.

                  Yaşlıların təhsili/fasiləsiz peşə təhsili və təlimi

                  Yaşlılar gənclər üçün açıq olan formal təhsil və təlim çərçivəsində təklif edilən eyni ixtisasları əldə edə bilərlər. Geniş spektrli müəssisələrdə insanların ilkin ixtisaslarını tamamlaması və ya təkmilləşdirməsi üçün fasiləsiz təlim və inkişaf imkanları təklif olunur. Bura ali/orta ixtisas təhsili ixtisasları (məsələn, sənaye sahəsi üzrə usta və ya baş usta ixtisası üzrə sertifikatlar, sertifikatlaşdırılmış mühasiblər, yaxud hüquq-mühafizə xidmətləri) ilə təmin edən və ya bu ixtisaslara mütəxəssis hazırlayan proqramlar daxildir. Bu müəssisələrdə, həmçinin, fəal əmək bazarı tədbirləri mövzusunda təlimlər keçirilir.

1 / 14