Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Peşə təhsili müəssisəsinin tələbələri “Aqrar İnkişaf Könüllülər Proqramı”na qoşulublar

14.01.2019

            Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Baramaçılıq”, “Sitrus və çayçılıq üzrə mütəxəssis” və “Arıçılıq” ixtisasları üzrə tələbələri  “Aqrar İnkişaf Könüllüləri” Proqramına qoşulublar.

           Proqramın məqsədi aqrar sektorun inkişafına ictimai dəstək vermək, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaqdır.

           Mərkəzin tələbələri proqram çərçivəsində 3 ay ərzində kənd təsərrüfatının müxtəlif sahələri üzrə təcrübə əldə edəcək, kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar və onların istifadəsi ilə tanış olacaq, aqrar sahə ilə bağlı qanunvericiliyi öyrənərək fermerlərin bununla bağlı məlumatlandırılmasına köməklik göstərəcəklər.

1 / 14