Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlimlər keçirilib

28.12.2018

            Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsilalanlar üçün təlimlər keçirilib. Təlimlər interaktiv və əyani vəsaitlərdən istifadə olunmaqla təcrübəli təlimçilər tərəfindən təşkil olunub.

            Tədbriin məqsədi gənclərdə sahibkar düşüncə tərzinin formalaşdırılması, onların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

            Təlimlər zamanı iştirakçılara “Sosial sahibkarlıq”, “Özünəməşğulluq”, “Biznes idarəçiliyi”, “Marketinq”, “Maliyyə” və “Aqroturizm”  mövzularına dair geniş məlumat verilib, Avropa təcrübəsi və tanınmış sahibkarların maraqlı layihələri barədə təqdim nümayiş etdirilib.   

            Qarşılıqlı müzakirələr şəklində keçirilən təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

            Qeyd edək ki, təlimlər “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” layihəsi çərçivəsində keçirilib.

1 / 14