Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Sənətin ən yaxşı biliciləri” adlı peşə yarışı keçirilib

26.12.2018

              Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan qruplar arasında “Sənətin ən yaxşı biliciləri” adlı  peşə yarışı keçirilib.

              Yarış tələbələrin stimullaşdırılması, onların təhsil aldıqları peşə üzrə bilik və bacarıqlarının nümayiş etdirilməsi  məqsədilə təşkil olunub.

              Yarışda qruplar yeni ilin və qış mövsümünün atributlarını əks etdirən şirniyyatlar hazırlayaraq münsiflər heyətinə təqdim ediblər.

              Tələbələrin komanda şəklində hazırladıqları şirniyyatlar münsiflər heyəti tərəfindən qiymətləndirilərək  I, II, III yer üzrə qaliblər müəyyən edilib.

1 / 14