Turin Prosesi İşçi qrupunun görüşü keçirilib
Bakı və regionlarda həyata keçirilən “Dual Təhsil Proqramı”nın aralıq monitorinqi uğurla davam etdirilir
Peşə təhsilində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat görüşü keçirilib
“Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib
Peşə təhsil müəssisələrindəki kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində görüş keçirilib

24.12.2018

               Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib. Görüş peşə təhsili müəssisələrində təhsil alan gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək məqsədi  ilə təşkil olunub.               

                Görüşdə “Gənclər Azad Sahibkarlıq fəaliyyətində” (Enactus Azərbaycan) İctimai Birliyinin, “SR Chemical” şirkətinin nümayəndələri ilə yanaşı, Almaniyanin “MKN” şirkətinin MDB ölkələri üzrə satış nümayəndəsi Tatyana Pavlova və “Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar Gildiyası”nın üzvü İlkin Əsgərzadə iştirak edib.

               Tədbir zamanı “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtisasları üzrə təhsilalanların bilik və bacarıqlarının yüksəldilməsi məqsədi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müasir avadanlıqların quraşdırılmasına və gələcəkdə peşə təhsili müəssisələri arasında adıçəkilən ixtisaslar üzrə birgə yarışların keçirilməsinə dair müzakirələr aparılıb, ilkin razılıq əldə olunub.  

1 / 14