Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Kənd təsərrüfatı və turizm müəssisələri ilə duala-bənzər peşə təhsili və təlimi üzrə əməkdaşlıq mexanizmi” mövzusunda dəyirmi masa keçirilib

20.12.2018

            Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qax Peşə Liseyində “Kənd təsərrüfatı və turizm müəssisələri ilə duala-bənzər peşə təhsili və təlimi üzrə əməkdaşlıq mexanizmi” mövzusunda dəyirmi masalar keçirilib.

            Tədbir Avropa İttifaqı maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında Duala-bənzər Peşə Təhsili və Təliminin yaradılması” (EDVET) pilot layihəsi çərçivəsində təşkil edilib.

            Görüşlərdə adıçəkilən təhsil mərkəzlərinin rəhbər heyəti və istehsalat təlim ustaları, regionun turizm və kənd təsərrüfatı müəssisələrinin nümayəndələri, layihənin əməkdaşları  və ekspertlər iştirak ediblər.

            Dəyirmi masalarda turizm və kənd təsərrüfatı sahələri (“bitkiçilik mütəxəssisi”, “heyvandarlıq mütəxəssisi”, “aqroservis mütəxəssisi”, “turizm təşkilatçısı”, “mehmanxana inzibatçısı” və “turizmdə iaşə xidmətləri üzrə mütəxəssis” ixtisasları) üzrə modulların nəzəri və praktiki hissələri, işəgötürənlərin imtahan komissiyalarında aktiv iştirakına dair müzakirələr aparılıb, duala-bənzər istehsalat təcrübəsinin istehsalat təcrübəsinin məzmun və şərtləri, təqvim modeli müəyənləşdirilib.

1 / 14