Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Peşə təhsilinin təbliği davam etdirilir

19.12.2018

              Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği istiqamətində peşə təhsili müəssisələri tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti tədbir  Bakı şəhər 10 nömrəli tam orta məktəbdə təşkil olunub.

              Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi (Enactus Azərbaycan) və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

              Sərgi-seminar formatında keçirilən tədbirdə Təhsil İnstitutunun, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), Nizami Rayon İcra Hakimiyyətinin, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri, təhsil üzrə ekspertlər, 10 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

              Tədbirin seminar hissəsində çıxış edənlər ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, peşəyönümü istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, peşə təhsilinin əhəmiyyətini, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyini vurğulayıblar.  

              Tədbir çərçivəsində təşkil olunan sərgidə isə adıçəkilən peşə təhsili müəssisələrinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili müəssisələrinin məzunlarının uğur hekayələrinə dair video-çarx göstərilib.

              Sərgi-seminar zamanı həmçinin, orta məktəb şagirdlərinə peşə təhsili müəssisələrində tədris olunan ixtisaslarla bağlı informasiya bukletləri, tələbələrin əl işlərindən hədiyyələr paylanılıb.

              Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində də davam etdiriləcəkdir.

1 / 14