Turin Prosesi İşçi qrupunun görüşü keçirilib
Bakı və regionlarda həyata keçirilən “Dual Təhsil Proqramı”nın aralıq monitorinqi uğurla davam etdirilir
Peşə təhsilində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat görüşü keçirilib
“Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib
Peşə təhsil müəssisələrindəki kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib

Peşə təhsili müəssisələrinin tələbələrinin əl işləri nümayiş etdirilib

13.12.2018

              Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü ilə “Uşaqları güldürək ki, dünya gülsün” mövzusunda xeyriyyə aksiyası keçirilib. Aksiya fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.

              Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Tikişçi operator, tikiş ustası”  ixtisaslı qrupunun  inkluziv tədris modeli əsasında təhsil  alan sağlamlıq imkanları məhdud olan təhsilalanları xeyriyyə tədbirində iştirak edib.  

              Tədbirdə Mərkəzin fiziki imkanları məhdud tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə təqdim olunan işlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

              Azərbaycan Milli Geyim Mərkəzi və AQSİA tərəfindən tələbələrin əl işləri yüksək qiymətləndirilib, onların peşəyönümü  sərgilərində iştirakı, modalar evində təlimlərə cəlb olunması və məşğulluğunun təmin olunması istiqamətində dəstək göstəriləcəyi bildirilib.

1 / 14