Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir
Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

“Üzümçülük və şərabçılıq üzrə duala-bənzər peşə təhsili və təlimi əməkdaşlığı mexanizmi” mövzusunda dəyirmi masa keçirilib

07.12.2018

             İsmayıllı Peşə Tədrisi Mərkəzində “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər Peşə Təhsili və Təliminin yaradılması” pilot layihəsi çərçivəsində “Üzümçülük və Şərabçılıq üzrə duala-bənzər Peşə Təhsili və Təlimi əməkdaşlığı mexanizmi” mövzusunda dəyirmi masa keçirilib.

             Tədbirdə regionun aparıcı şərab müəssisələri “İsmayıllı Şərab-2” MMC, “ASPI AGRO” MMC, “Agro-Azerinvest” MMC, “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin nümayəndələri, İsmayıllı Peşə Tədris Mərkəzinin mühəndis-pedaqoji heyəti, layihənin əməkdaşları  və ekspertlər iştirak ediblər.

             Dəyirmi masada “Üzüm və şərab ustası” ixtisası üzrə məzunlardan gözlənilən bilik və bacarıqlara,  nəzəri, praktiki və istehsalat təcrübəsinin məzmun və şərtlərinə, istehsalat təcrübəsinin təqvim modelinə dair müzakirələr aparılıb.

             Şirkət nümayəndələri təklif edilən duala-bənzər peşə təhsili əməkdaşlığı modelində iştirak etməkdə maraqlı olduqlarını bildirib, adıçəkilən müəssisələrdə peşə təhsili müəssisələrində “Üzümçülük və şərabçılıq” ixtisası üzrə təhsilalanların 2019-cu ilin yanvar ayından may ayınadək təcrübə keçmələrinə dair razılığ gəliblər.

             Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunan bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və 2017-2020-ci illəri əhatə edir. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər pilot peşə təhsili müəssisələrinin yaradılmasıdır.

1 / 14