Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir
Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

Lənkəranda peşəyönümü işinin təşkili layihəsinə start verilib

07.12.2018

             Lənkəran Peşə Liseyi “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib.

             Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran Şəhər 4 saylı humanitar təmayüllü məktəb liseydə sərgi –seminar formatında təşkil olunub.

             Tədbirin seminar hissəsində ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, peşə təhsilinin əhəmiyyəti, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulanıb.  

             Tədbir çərçivəsində təşkil olunan sərgidə Lənkəran Peşə Liseyinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili və təlimi ilə bağlı şagirdlərə və valideynlərə ətraflı məlumat verilib. Tədbir çərçivəsində məktəb şagirdləri müəyyən istehsalat prosesinə cəlb olunublar.

             Bununla yanaşı, sərgi-seminar zamanı Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları məktəb liseyin ibtidai siniflərinə hədiyyə olunub.

             Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində davam etdiriləcəkdir.  

1 / 14