Peşə Təhsili üzrə Dövlət Agentliyi

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilalanların əl işləri nümayiş etdirilib

12.11.2018

Noyabrın 12-də cəzaçəkmə müəssisələrində məhkum olunan şəxslər tərəfindən istehsal edilmiş məhsulların və məhkumların əl işlərindən ibarət sərgi keçirilib.

Sərgidə, o cümlədən cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilalanların əl işləri də nümayiş olunub.

Cəzaçəkmə müəssisələrinin nəzdində 8 peşə təhsili müəssisəsi, 3 cəzaçəkmə müəssisəsində isə peşə təhsili müəssisələrinin tədris qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, sərgi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində təşkil olunub.

1 / 14