Peşə Təhsili üzrə Dövlət Agentliyi

Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələri Neftçala Sənaye Məhəlləsində olub

05.11.2018

            Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin bir qrup mühəndis-pedaqoji heyəti və tələbələrinin Neftçala Sənaye Məhəlləsinə info-turu təşkil edilib. 

           “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq təşkil edilən turun məqsədi peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanması, işəgötürən təşkilatlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması olub. 

            Tur zamanı liseyin mühəndis-pedaqoji heyəti və tələbələri sənaye məhəlləsində fəaliyyət göstərən müəssisələr və sahibkarlıq emalatxanası ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər. Görüşdə həmçinin, sənaye məhəlləsində görülən işlər, fəaliyyət göstərən müəssisələr barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.