Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri oktyabrın 22-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda təşkil olunan sərgisində II yerə layiq görülüb.
Sərgidə mərkəzin 30-dan çox tələbəsi iştirak edib. Tələbələr dəzgah rəngkarlığı, rəngkarlıq, qrafika, landşaft dizaynı, vitraj üslubları üzrə ekoloji mövzuda əl işlərini nümayiş etdiriblər.
Sərgidə mərkəzin tələbələri tərəfindən iştirakçılar üçün “masterklass”lar da keçirilib.