Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

Turizm sahəsində yeni kurikulumların hazırlanması müzakirə edilib

04.06.2018

         İyunun 4-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

      Görüşdə Beynəlxalq Alman Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun nümayəndələri və Alman ekspertləri iştirak edib.

     Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi  çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanması dair müzakirənin keçirilməsi olub.

      Görüşdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə olunub. Bundan başqa, görüşdə müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

    İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb edilən bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini qeyd edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

1 / 14