Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

Peşə təhsili üzrə beynəlxaq təcrübənin öyrənilməsi davam edir

01.06.2018

         Almaniyada işgüzar səfərdə olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər şərçivəsində Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun (BİBB) nümayəndələri ilə görüşüb.

       Görüş zamanı Almaniyadakı peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə Agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib. Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMTİP nümayəndə heyəti həmçinin, kənd təsərrüfatı istiqamətində ixtisaslaşan DEULA model müəssisəsinə səfər edib. Görüşdə adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, həmçinin, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Bununla yanaşı, Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib.

         Daha sonra  kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan Agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi ilə yanaşı, müvafiq sahələrdə tədqiqatın aparılması ilə yaxından tanış olublar.

         Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində baş tutub.

1 / 14