Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

AXC-nin 100 illiyinə həsr olunmuş intellektual yarışda peşə təhsili müəssisələrinin komandaları qalib olub

01.06.2018

         Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nizami Rayon Gənclər və İdman İdarəsi, Nizami Rayon İcra Hakimiyyəti  və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilib.

        Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirin əsas məqsədi gənclərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında biliklərini artırmaq, onların dünyagörüşünü və məntiqi düşünmə qabiliyyətini inkişaf etdirmək olub.

         Yarışda Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Qida Sənayesi Kolleci , 4 nömrəli Bakı Peşə Liseyi  və 14 nömrəli Bakı Peşə Liseyinin təhsilalanlarından təşkil olunan 12 komanda birincilik uğrunda mübarizə aparıb.

          Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 4 saylı Bakı Peşə Liseyini təmsil edən “Zəfər” komandası 1-ci , “Qarabağ” komandası 2-ci,  14 saylı Bakı Peşə Liseyini təmsil edən  “Bayraq” komandası isə 3-cü yeri tutub.

            Qalib komandalar medal, kubok və diplomlarla təltif olunub.

1 / 14