İctimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib
“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

“NORM” MMC-də istehsalat təcrübəsi keçən peşə təhsil müəssisələrinin təhsilalanlarına sertifikatlar təqdim olunub

31.05.2018

        Mayın 31-də “NORM” MMC-nin sement zavodunda istehsalat təcrübəsi keçən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarına və onların istehsalat təlim ustalarına “NORM” MMC tərəfindən sertifikatların təqdim olunması mərasimi keçirilib.

         Qeyd edək ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “NORM” MMC arasında bağlanılmış “Anlaşma Memorandumu”na uyğun olaraq, adıçəkilən peşə təhsili müəssisələrinin təhsilalanları fevral ayının 2-dən may ayının 31-dək “NORM” MMC –də istehsalat təcrübəsi keçiblər.

        Tədbirdə “NORM” MMC-nin baş icraçı direktoru cənab Henning Sasse istehsalat təcrübəsini uğurla başa vuran təhsilalanları təbrik edərək, birgə əməkdaşlıq çərçivəsində icra olan layihənin uğurla başa çatdığını diqqətə çatdırıb. Bildirilib ki, bu layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.

         Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin, adıçəkilən peşə təhsili müəssisələrinin nümayəndələri istehsalat təcrübəsinin təşkili və uğurla həyata  keçirilməsinə görə “NORM” MMC-yə təşəkkürünü bildirərək,  biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini və bu prosesin daha da inkişaf etdirilməsini vurğulayıblar.

            Sonra Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 28 nəfər şagirdinə və 2 istehsalat təlim ustasına sertifikatlar təqdim edilib.

1 / 14