İctimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib
“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir

29.05.2018

       Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.

        Səfərin əsas məqsədi Almaniyada peşə təhsili sistemi və informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə tanış olmaqdan ibarətdir.

        Səfərin ilk günü iş yerində təcrübə proqramında iştirak edən kənd təsərrüfatı istiqamətində ixtisaslaşan "Alber Buhler - Green Professions" şirkəti, eləcə də xidmət və səhiyyə sahəsi üzrə fəaliyyət göstərən "August Flemming" peşə təhsil mərkəzində görüşlər keçirilib, Almaniyada işləyərək öyrənmə təcrübəsi və peşə təhsil müəssisələrinin maddi-texniki bazasına və infrastrukturuna qoyulan tələblər müzakirə edilib.

     Səfərin ikinci günü Baden Vürttemberq əyalətinin Təhsil, Gənclər və İdman Nazirliyində və Azərbaycan Respublikasının Ştutqard şəhərindəki fəxri  konsulluğunda görüşlər keçirilib, peşə təhsili sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

       Təlim səfəri Avropq İttifaqının qrantı ilə maliyyələşən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək" layihəsi çərçivəsində baş tutub.

1 / 14